Modern.az

Tarixi torpaqlarımızla bağlı özfəaliyyət hərəkətləri yolverilməzdir

Tarixi torpaqlarımızla bağlı özfəaliyyət hərəkətləri yolverilməzdir

Aktual

22 Sentyabr 2022, 11:56

Biz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi bir olmalıyıq. Dövlətimizin cənab İlham Əliyev kimi rəhbəri, lideri, sərkərdəsi var və cənab Prezidentin həyata keçirdiyi xarici siyasət hər bir azərbaycanlının, o cümlədən Qərbi Azərbaycanlıların milli maraqlarına xidmət edir.

 

44 günlük Vətən Müharibəsi bizə dövlətçiliyimizin 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb.

 

Qazandığımız Zəfər təkcə işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyəcək, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub. Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırıma məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə, cənab İlham Əliyevin apadığınızı müdrik siyasətə sığınaraq tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün “Qərbi Azərbaycan İcması”nı təsis etdilər. “Qərbi Azərbaycan İcmasında” Qərbi Azərbaycandan olan və respublikamızın elmi, mədəni, ictimai – siyasi həyatında fəal iştirak edən ağsaqqallar, ziyalılar, gənclər, qadınlar təmsil olunurlar.

 

Hesab edirəm ki, bu şəxslər daha elmli və zamanın tələbinə uyğun olan metodlarla öz dədə-baba torpaqlarına qayıtmaq üçün mübarizə aparacaqlar. Xüsusi olaraq bildirirəm ki, bu mübarizə üsulları beynəlxalq hüququn, insan haqları və ən əsası dövlətçilik prinsiplərinə uyğun aparılmalıdır. Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bəzi sərhəd rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Şanlı ordumuz düşmən təxribatının qarşısını layiqincə aldı.

 

Belə bir şəraitdə sapı özümüzdən olan baltalar erməni dəyirmanına su tökməklə məşğuldur. Ermənistan ərazisində Qərbi Azərbaycanlıların böyük əksəriyyətinin, xüsusilə ziyalılarının xəbəri olmadan “Respublika” yaratmaq təşəbbüsləri dövlətimizin apardığı uğurlu və həssas siyasi fəaliyyətinə zərdən başqa bir şey deyildir. Bu baxımdan, bildirirəm ki, Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmağa cəhd edənlərin əməlləri avantüradır. Mənim də təmsil olunduğum Qərbi Azərbaycan İcmasının bununla əlaqədar bəyənatında da qeyd olunduğu kimi tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərəli hesab edirik.  Hətta haqlı olaraq Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif paylaşımlar edilməsi ilə bağlı bəyanatla çıxış edib və həmin bəyanatda qeyd edilir: "Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir.

 

Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".

 

Xüsusilə olaraq vurğulamalıyam ki, “Göyçə-Zəngəzur Respublikası”nın nümayəndəliyinin Türkiyənin paytaxtı Ankara şəhərində açılışını təşkil etməklə Azərbaycanın dövləti maraqlarına zidd olan  yanaşmalar, tarixin ən çətin məqamlarında yanımızda olan qardaş Türkiyənin ölkəmizlə münasibətlərinə də xələl gətirir.

 

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı