Modern.az

Azərbaycan-Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcəklər

Azərbaycan-Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcəklər

Aktual

22 Sentyabr 2022, 13:16

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

 

Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

 

İspaniyalı Manuel Dias Veqa hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Trnavada Slovakiya ilə üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı