Modern.az

Bakıda MTK-provayder sövdələşməsi - Rəsmilər niyə göz yumur?

Bakıda MTK-provayder sövdələşməsi - Rəsmilər niyə göz yumur?

Aktual

22 Sentyabr 2022, 13:32

Əksər MTK-lar binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. "Bir bina bir provayderindir" prinsipi ilə işləyirlər.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

 

O.Gündüz qeyd edib ki, MTK rəhbərləri heç nədən çəkinmirlər:

 

"Nə qədər inanılmaz olsa da, reallıq odur ki , adi bir MTK rəhbəri o nəhənglikdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən çəkinmir. MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər".

 

Onun sözlərinə görə, bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır:

 

"Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da, başqa provayderi buraxmayacaq. Bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır. Xidmətin keyfiyyəti üçün stimul formalaşmır. MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar".

 

Antiinhisar Döğvlət Xidmətinin, RİNN-nin və digər aidiyyatı qurumların bundan xəbəri varmı ?

 

O.Gündüz aidiyyatı qurumların məsələdən xəbərdar olduqlarını, lakin bunun qarşısnı almaq üçün heç bir real addımlar atmadıqlarını deyib:

 

"Antiinhisar və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir. Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi , aidiyyatı qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı