Modern.az

Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi

Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi

Aktual

26 Sentyabr 2022, 17:48

Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bu günədək ümumilikdə 36 143 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə görüşündə deyib.

 

Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu söyləyib:

 

“Başda İraq və Suriya olmaqla bütün qonşularımızın sərhəd bütövlüyünə, suverenliyinə hörmət edirik. Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”.

 

H.Akar, həmçinin bildirib ki, ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək:

 

“Bu il isə yanvar ayından etibarən Suriya və İraqın şimalında 2 874 terrorçu məhv edilib. Pənçə-Kilit əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı