Modern.az

“Qafqazda sülhün olması üçün dua edirik” - İsrail səfiri

“Qafqazda sülhün olması üçün dua edirik” - İsrail səfiri

Aktual

27 Sentyabr 2022, 15:00

İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib. 

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə paylaşım edib. 

 

“Bu gün 27 sentyabr - Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik. Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik. Azərbaycan xalqına başsağlığı veririk", - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...