Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 933 nəfər müalicə olunaraq sağalıb, hazırda 1158 aktiv xəstə var. Bu günə qədər 9907 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3320, ümumilikdə 7 242 057 test icra olunub.
