Modern.az

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Aktual

27 Sentyabr 2022, 16:38

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir".

 

Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...