Modern.az

Anım günü – bu, şanlı bir tarixdir!

Anım günü – bu, şanlı bir tarixdir!

Aktual

27 Sentyabr 2022, 16:54

Milli Məclisin deputatı, yazıçı İmamverdi İsmayılov Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

Qəhrəman qardaşlarım!..

Siz Tarix yazdınız, ruhunuz qarşısında borcumuz əbədidir!..

Məzarınıza düzülən qərənfillərin rəngindəcə – al qanınızla yaratdığınız bu Zəfər Tarixini..

O qanlı güllər bəzəyir şanlı qəbrlərinizi... Qəhrəman şəhidlərin ruhuna əbədi şahidlik edir..

Anım günü – bu, şanlı bir tarixdir!

Qürur duyuruq, öyünürük sizinlə!..

Anım günü - gəldik…

Elliklə…

Hamılıqla gəldik…

Qarşınızda baş əydik, güllər düzdük… Müqəddəs ruhunuza dualar oxuduq…

Ruhunuz necə də şaddır: Ana Vətən azaddır!..

Əzəli torpaqlarımız, ulu yurdlarımız indi rahat nəfəs alır, yenidən qurulur, tikilir…

Qələbə yolları uzanıb arzularımız boyunca gedir. Yüksəkliklərəcən gedir...

Qarabağ bizimdir!..

Zəfər bizimdir!..

Sənin…

Mənim…

Və... onların!!!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı