Ermənistana rəsmi səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias İrəvanda keçirilən brifinqdə Azərbaycan haqqında hədyanlar söyləyib.
Modern.az xəbər verir ki, Yunanıstan rəsmisi əvvəllər olduğu kimi, ermənipərsətliyini bir daha nümayiş etdirib.
Qarabağın işğalına susan Nikos Dendias Azərbaycanı Ermənistanın ərazisinə "təcavüzdə" suçlayıb.
“Yunanıstan dəfələrlə vurğulayıb ki, biz bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və bu, təbii ki, Ermənistana aiddir. Biz sərhədlərin toxunulmazlığına inanırıq... Mən Fransa prezidenti Makronun bir gün əvvəl dediyi sözlərdən sitat gətirmək istəyirəm – baş verənləri pisləyirəm, bu, sülh danışıqlarına ziddir”, - yunan nazir deyib. O, Yunanıstanın problemi sülh yolu ilə həll etmək üçün töhfə verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Yunanıstan 44 günlük Vətən müharibəsi dövründə işğalçı dövləti - Ermənistanı dəstəkləyib.