Modern.az

GDU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

GDU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Aktual

27 Sentyabr 2022, 18:16

Sentyabrın 27-i  səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncə şəhərində də anım mərasimi keçirilib,  Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla anılıb.

 

Modern.az Gəncə Dövlət Universitetində 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. GDU-nun rektoru, professor Yusif Yusibov və  professor-müəllim heyəti  ilk öncə universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyublar.

 

Daha sonra Gəncədəki Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərin məzarı önünə gül dəstələri qoyulmuş, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi böyük hörmətlə yad edilib. Bildirilib ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, Şəhidlər və qazilər qürür mənbəyimizdir

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı