Bir sıra qeyri-regional oyunçular Ukraynadakı qeyri-sabitliyi Cənubi Qafqaza gətirməyə cəhd edir.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu qeyri-sabitliyin yalnız Cənubi Qafqaza deyil, postsovet məkanının digər hissələrinə gətirilməsinə cəhdlər edilir.
Zaxarova bu cəhdləri destruktiv və təhlükəli adlandırıb.
"Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərimizi davam etdiririk. Moskva həm Bakı, həm də İrəvanla təmasdadır. KTMT vasitəsilə də müxtəlif addımlar atılır", - Rusiya XİN sözçüsü vurğulayıb.