Modern.az

Ərdoğan prezidentlərlə görüşdü

Ərdoğan prezidentlərlə görüşdü

Aktual

30 Sentyabr 2022, 08:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarı qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşlər İznik şəhərində IV Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra baş tutub.

 

Bundan əlavə, Ərdoğan Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovu qəbul edib.

 

Görüşlərin təfərrüatları barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı