Modern.az

Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə getdi

Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə getdi

Aktual

30 Sentyabr 2022, 10:00

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cümə günü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahında işgüzar görüşlər keçirdiyini bildirib.


Modern.az xəbər verir ki, Qriqoryan sosial şəbəkələrdə yazıb: “Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirdim”.


Vaşinqtona səfəri çərçivəsində MKİ-nin baş ofisində olan A.Qriqoryan digər təfərrüatlar barədə məlumat verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...