Goranboy rayonunda cari təsərrüfat ilində, Zeyvə -2 ha, Şəfəq, Qaraçinar, Yenikənd və Qarqucaq kəndlərinin hər birində-1,5 ha olmaqla, ümumilikdə 8 hektar sahədə tütün bitkisi becərilmişdir. 23 sentyabr 2022-ci il tarixə olan məlumata əsasən, 65 ton yaş və 1,5 ton quru məhsul toplanmış, hazırda məhsul yığımı davam etdirilir. Bioloji məhsuldarlığın təyini zamanı hər hektardan 1,5 ton, ümumilikdə-12 ton məhsul götürülməsi proqnozlaşdırılıb.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəfəq kəndi ərazisində becərilmiş və hazırda yığım işləri aparılan tütün sahəsində istehsalçılarla görüşdü, məhsulun toplanılması işləri ilə yerində tanış olub.