Modern.az

Cenevrədə nazirlərin ikitərəfli görüşü olacaq - XİN

Cenevrədə nazirlərin ikitərəfli görüşü olacaq - XİN

Aktual

30 Sentyabr 2022, 11:15

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. 

 

“Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, - XİN-nin açıqlamasında qeyd edilib.

 

Qeyd edək ki, bundan əvvəl iki nazir ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə sentyabrın 20-də Nyu-Yorkda bir araya gəlmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı