Modern.az

Antalyada rekord istilər qeydə alındı

Antalyada rekord istilər qeydə alındı

Aktual

2 Oktyabr 2022, 12:39

Türkiyənin Antalya vilayətində 1940-cı ildən bəri oktyabr ayı üzrə rekord dərəcədə temperatur qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya Agentliyindən bildirilib.

 

Məlumata əsasən, oktyabrın 1-də Antalyada havanın temperaturu 40,4 dərəcəyədək yüksəlib. Şəhərin bəzi bölgələrində isə termometrlər 41,2 dərəcəni göstərib.

 

Şəhərdə bundan əvvəl ən yüksək temperatur 1940-cı ilin oktyabrın 4-də 38,7 dərəcə olaraq ölçülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı