Modern.az

Bağdadda polislə toqquşma - 86 nəfər yaralandı

Bağdadda polislə toqquşma - 86 nəfər yaralandı

Aktual

2 Oktyabr 2022, 12:50

İraqın paytaxtı Bağdaddakı Tahrir meydanında keçirilən etiraz aksiyası zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində azı 86 nəfər xəsarət alıb.

 

Xəsarət alanların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

 

Bildirilir ki, təhlükəsizlik qüvvələrinə molotov kokteyli və ov tüfəngləri ilə hücum edilib, 38 etirazçı isə rezin güllələrdən yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!