Türkiyənin Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan saat 13:58-də şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat verilməyib.