“Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat paylaşıb.
“Saat 12:30-a olan vəziyyətə əsasən, Liman tamamilə təmizlənib”, - deyə dövlət başçısı vurğulayıb.
Zelenski şəhərin azad edilməsinə görə Ukrayna hərbçilərinə təşəkkür edib.