Marina Bey avtodromunda keçirilən Formula 1 Sinqapur Qran-Prisinin qalibi müəyyənləşib.
Modern.az xəbər verir ki, “Red Bull” komandasının pilotu Serxio Peres bütün rəqiblərini geridə qoyaraq, birinci olub.
Finişə ikinci sırada “Ferrari”dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, çempionatın hazırkı lideri “Red Bull”un pilotu Maks Ferstappen isə yeddinci yerlə kifayətlənib.