Modern.az

Azərbaycanlılar ən çox bu ÖLKƏLƏRƏ gedir

Azərbaycanlılar ən çox bu ÖLKƏLƏRƏ gedir

Aktual

24 Oktyabr 2022, 15:40

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1 110,8 min nəfər olub.

 

Dövlət Statistika Komitəsindən(DSK) Modern.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 17,7 %-i Rusiyaya, 11,1 %-i İrana, 8,5 %-i Gürcüstana, 15,4 %-i digər ölkələrə səfər edib.

 

Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiyaya gedənlərin sayı isə 21,2 % artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı