Modern.az

Bu məscidlərdə vakant yerlər var - SİYAHI

Bu məscidlərdə vakant yerlər var - SİYAHI

Aktual

24 Oktyabr 2022, 16:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edib.

 

Komitədən Modern.az-a verilən xəbərə görə, vakant vəzifələr aşağıdakı məscidlərdədir:

 

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidi – imam vəzifəsi

 

Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi


Xəzər rayonu, Zirə qəsəbəsi “Cümə” məscidi - imam vəzifəsi


Sabunçu rayonu, Sabunçu qəsəbə məscidi - imam müavini vəzifəsi


Yasamal rayonu, “Hacı Cavad” məscidi - imam vəzifəsi


Xızı qəsəbə məscidi – imam müavini vəzifəsi


Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi


Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Qax rayonu, Ləkit kənd “Cümə” məscidi - imam müavini vəzifəsi


Lənkəran rayonu, Separadi kənd məscidi - imam müavini vəzifəsi


Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Lerik şəhəri “Cümə” məscidi - imam müavini vəzifəsi


Lerik rayonu, Gürdəsər kənd məscidi - imam müavini vəzifəsi


Astara rayonu, Kijəbə qəsəbəsi Lovayın kənd məscidi - imam müavini vəzifəsi


Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi


Masallı rayonu Şıxlar kənd məscidi - imam müavini vəzifəsi


Cəlilabad şəhəri, “Şəhidlər” məscidi - imam vəzifəsi


Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi - imam müavini vəzifəsi


İmişli şəhəri, “Məşədi Həbib” məscidi - imam vəzifəsi


İmişli şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi


İmişli rayonu, Allahmədətli kənd “Əhli-beyt” məscidi - imam müavini vəzifəsi


Saatlı şəhəri, “Şeyx Yusif” məscidi - imam vəzifəsi


Saatlı rayonu, Mustafabəyli kənd “İmam Əli” məscidi - imam müavini vəzifəsi


Sabirabad rayonu, Qaragüney kənd “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi


Salyan rayonu, Çuxanlı kənd “Hacı Cəbrayıl” məscidi - imam müavini vəzifəsi


Biləsuvar şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi


Biləsuvar rayonu, Nərimankənd kəndi “İmam Hüseyn” məscidi- imam müavini vəzifəsi


İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi - imam müavini vəzifəsi


Ağsu rayonu Pirhəsənli kənd məscidi – imam müavini vəzifəsi


Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Quba şəhəri, “Cümə” məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi


Quba rayonu, Zərdabi qəsəbə məscidi - imam müavini vəzifəsi


Quba rayonu, Digah kənd məscidi - imam müavini vəzifəsi


Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi - imam müavini vəzifəsi


Yardımlı şəhər məscidi - imam vəzifəsi


Yardımlı şəhəri, Əsədabad məhəllə məscidi - Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi


Ağcabədi rayonu, Şahsevən Təzəkənd kənd məscidi - imam müavini vəzifəsi


Bərdə şəhər “Cümə” məscidi - imam vəzifəsi


Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi - imam vəzifəsi


Şəmkir rayonu, Çinarlı qəsəbə məscidi - imam müavini vəzifəsi


Şəmkir rayonu, Düyərli kənd məscidi - imam müavini vəzifəsi


Zərdab şəhəri “Cümə” məscidi - imam vəzifəsi


Müsahibədə iştirak etmək istəyən namizədlər 24 oktyabr 2022-ci il tarixindən 24 noyabr 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

 

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

 

- Tərcümeyi-hal;

 

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

 

- Sağlamlıq haqqında arayış;

 

- Narkoloji dispanserdən arayış;

 

- Ruhi-əsəb dispanserindən arayış;

 

- Məhkumluq barədə arayış;

 

- Foto (3x4) (4 ədəd);

 

- Ərizə.

 

- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

 

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı