Modern.az

Qanunsuz ov edənlər SAXLANILDI

Qanunsuz ov edənlər SAXLANILDI

Aktual

24 Oktyabr 2022, 16:00

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun “Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyev saxlanılıblar. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!