Modern.az

Yoluxma minimuma düşdü

Yoluxma minimuma düşdü

Aktual

24 Oktyabr 2022, 17:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, 9937 nəfər vəfat edib, aktiv xəstə sayı 345 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1345, hazırkı dövrədək isə 7 307 057 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?