Modern.az

“Qarabağ”ın Fransaya səfər proqramı

“Qarabağ”ın Fransaya səfər proqramı

Aktual

24 Oktyabr 2022, 21:04

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oktyabrın 25-də Fransaya yollanacaq.

 

Modern.az xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

 

Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:30-da matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

 

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı