Modern.az

Cüdoçularımız Avropada 8 medal qazandı

Cüdoçularımız Avropada 8 medal qazandı

Aktual

24 Oktyabr 2022, 23:32

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib.

 

Modern.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb.

 

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.

 

Medalçıların siyahısını təqdim edirik:

 

U-15

 

-48 kq.

 

Nuranə Hacızadə gümüş medal

 

-52 kq.

 

Vüsalə Hacıyeva qızıl medal

 

Aytən Verdiyeva gümüş medal

 

Aysun Məmmədova bürünc medal

 

U-18

 

-40 kq.

 

Məryəm Bayramzadə qızıl medal

 

-52 kq.

 

Aytən Verdiyeva qızıl medal

 

Vüsalə Hacıyeva gümüş medal

 

-57 kq.

 

Fidan Qasımova qızıl medal.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı