Modern.az

Millimiz Ukraynaya məğlub oldu - 7 qol

Millimiz Ukraynaya məğlub oldu - 7 qol

Aktual

25 Oktyabr 2022, 08:46

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 24-də Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilən Ukrayna-Azərbaycan oyunu 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

 

Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə penaltidən Murad Məmmədov vurub.

 

Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı