Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Qarasuçu kəndindən Vətən Müharibəsi şəhidimiz Lətif Məmmədovun atası Faiq Məmmədovu, səhhəti ilə bağlı evində ziyarət ediblər, şəhid ailəsinin sosial qayğıları ilə maraqlanıblar.
Modern.az xəbər verir ki, şəhid atası bir müddət əvvəl səhhəti ilə bağlı Gəncə şəhəri Beynəlxalq Xəstəxanasında müalicə alıb və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən xəstəxanada da ziyarət olunub.