Modern.az

Kəlbəcərli şəhidlərin məzarı ziyarət olunub - FOTOLAR

Kəlbəcərli şəhidlərin məzarı ziyarət olunub - FOTOLAR

Aktual

25 Oktyabr 2022, 10:35

Bərdə rayon Şəhidlər xiyabanında Qarabağ müharibəsi şəhidləri Kəlbəcər rayonundan olan Aydınov Rəfi Telman oğlunun və Musayev Zahid Daşqın oğlunun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

 

Modern.az tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Miisrov, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

 

YAP Kəlbəcər  rayon təşkilatının sədri Həbib Misirov dövlətimizin şəhid ailələrinə  göstərdiyi diqqət və qayğı barədə məlumat verərək qedy etdi ki, Vətənin bu mərd oğulları hər bir ehtirama, hər bir hörmətə layiqdirlər.  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli  düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başladı. 44 gün davam edən haqq savaşında Zəfərlə bitən şanlı ordumuzun əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...

 

Döyüş yoldaşları onlarla bağlı xatirələrini, keçdikləri döyüş yolları və  onların qəhramanlıqları barədə danışaraq qeyd etdilər ki, Rəfi  və Zahid  kimi qəhraman oğulların  onların hər birinin taleyi, döyüş yolu, Vətənə, doğma yurda olan sədaqəti gənc nəslə nümunədir, örnəkdir. Torpaqlarımızın erməni təcavüzkarlarından müdafiə edilməsində iştirak etmək hamımızın müqəddəs borcudur deyərək birinci Qarabağ  müharibəsinin  ilk günlərindən  döyüşə qatılıblar. Onlar  döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin coxlu sayda canlı qüvvələrini və texnikalarını məhv edib, yaralı yoldaşlarını döyüş meydanlarından çıxarıblar.

 

Şəhidn qardaşı Mübariz Aydınov şəhid ailələri adından şəhid ailələrinə göstərdiyi diqqət və qayığıya görə ölkə Prezidenti İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını ifadə edti. Bildirdi ki,  Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı, şəhidlərimizin canı və qazilərimizin sağlamlıqları sayəsində əldə etdik.

 

Qeyd edək ki, Aydınov Rəfi Telman oğlu 1970-ci ildə anadan olmuşdur.  Rəfi Kəlbəcər rayon Mərcimək kənd orta məktəbini bitirdikdən sonura 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış və 1990-cı ildə Amur Vilayyətində hərbi xidməti başa vurub vətənə qayıtmışdır.

 

Erməni işğalçılarının torpaqlarımıza  təcəvüzə başlayan anlardan könüllü olaraq, özünümüdafiə dəstələrinə qoşularaq, qanlı döyüşlərdə iştirak etmişdi. Aydınov Rəfi Telman oğlu Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi düşmüş döyüşlərin fəal iştirakçılarından bir olubdur. Rəfi Murovdağ əməliyyatı zamanı Meydançay yaxınlığında baş verən şiddətli döyüşlərdə qəhramanlıq göstərək ermənilərin qurduqları  pusquları və xeyli sayda canlı qüvvəsini məhf etmiş dostlarını xilas edərkən  qəhrəmancasına şəhid olmuşdur. Murovdağ əməliyyatının ilk şəhidlərindən biridir.

 

Bir qız övladı Vətanə əmanət qalıb. Ulu Öndər Heydər Əliyev imzaladığı sərəncamla “Hərbi  xidmətlərə görə” medalı ilə təltif olunub.

 

Musayev Zahid Daşqın oğlu 10 noyabr 1974-cü ildə Kəlbəcər rayonu Mərcimək kəndində anadan olmuş. 1993-cü ildə Kəlbəcər rayon Hərbi komisarlığından Həqiqi-hərbi xidmətə çağrılmışdır. Fizuli Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə fədakarlıqlar göstərmişdir. 1996-cı il may ayının 18-dən 19-na keçən gecə saat 4 radələrində düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkar etmiş və qeyri bərabər döyüşə atılmışdır. Döyüş zamanı düşmənin bir neçə canlı qüvvəsini məhf etmiş, düşmən dəstəsini bir addımda olsada mövqelərimizə buraxmamışdır, hiyləgər düşmənin atdığı əl qumbarası Zahidi ağır yaralasada kömək gələnə qədər düşmənlə tək başına vuruşmuşdur. Aldığı yaralardan şəhidlik zirvəsinə ucalmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 859 nömrəli sərəncamı ilə “ Azərbaycan bayrağı ” ordeni ilə təltif olunmuşdur.

 

Hər iki şəhid Bərdə rayon Şəhidlər xiyabanında dəfn ediliblər.

 

Ruhunüz şad olsun qəhraman oğullarımız. 44 günlük Vətən müahribəsində müzəffər ordumuz qısasınızı aldılar, indi uğurunda canınızı verdyiniz torpaqlarımızda və doğma Kəlbəcərimizdə üç rəngli Azərbaycan bayrağı dalğalanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar