Modern.az

Qubadlı 2 il sonra - FOTOLAR

Qubadlı 2 il sonra - FOTOLAR

Aktual

25 Oktyabr 2022, 11:18

Bu gün Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür.

 

Ordumuz 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.

 

Oktyabrın 25-də  isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.

 

Artıq Qubadlı iki ildir azaddır, orada şanlı bayrağımız dalğalanır...

 

Modern.az Qubadlıdan lentə alınmış yeni görüntüləri təqdim edir.

 

Fotolar Rasim Mədədə məxsusdur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı