Modern.az

ABŞ-dan Rusiyaya “çirkli bomba” xəbərdarlığı

ABŞ-dan Rusiyaya “çirkli bomba” xəbərdarlığı

Aktual

25 Oktyabr 2022, 12:08

Rusiya Ukraynaya qarşı nüvə silahı və “çirkli bomba”dan istifadə etsə, bunun ağır nəticələri ilə üzləşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
 

O bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya nüvə silahından istifadənin səbəb olacağı ciddi fəsadlarla bağlı xəbərdarlıq ünvanlayıb.

 

Prays qeyd edib ki, Rusiyanın “çirkli bomba”dan istifadə etməsi diktatorun qəddarlığının nümunəsi hesab olunacaq.

 

ABŞ rəsmisi, həmçinin Ukraynanın öz ərazisində “çirkli bomba”dan istifadə etməyə hazırlaşması barədə iddiaları rədd edib və bunun Rusiyanın uydurması olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı