Modern.az

Səhiyyə xərcləri bu qədər ARTIRILIR

Səhiyyə xərcləri bu qədər ARTIRILIR

Aktual

25 Oktyabr 2022, 12:02

2023-cü il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

 

Sənəddə bildirilib ki, səhiyyə sahəsinə 1 906 389 453 manat vəsait ayrılması proqnozlaşdırılır.

 

Bu göstərici 2022-ci illə müqayisədə 11,5 faiz çoxdur. Ötən il səhiyyə xərcləri üçün 1 708 797 316 manat vəsait ayrılıb.

 

Məlumata görə, vəsaitin 1 802 885,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 384 285, 0 manatı xəstəxanalara, 2 517 963, 0 manatı səhiyyə sahəsində tədqiqatlara, 1 730 684 320,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, o cümlədən icbari tibbi sığorta fonduna (1 263 820 170,0 manat) ayrılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!