Modern.az

Zatulin Ermənistana etirazını BİLDİRDİ

Zatulin Ermənistana etirazını BİLDİRDİ

Aktual

25 Oktyabr 2022, 15:00

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanda arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, rusiyalı deputat İrəvanın qərarını pisləyib və belə bir qadağanın onun üçün gözlənilməz olduğunu deyib.

 

"Bizim üçün gözlənilməz oldu. Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, ölkəyə səfərim arzuolunmaz sayılır. Bəyanatlarım isə Ermənistan respublikasına zərər vurur. Əlbəttə, mən bu qərarı şəxsimə qarşı təhqir kimi qiymətləndirirəm”, - deyə Zatulin vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı