Modern.az

Premyer Liqa: 13-cü tura yekun vurulur

Premyer Liqa: 13-cü tura yekun vurulur

Aktual

6 Noyabr 2022, 09:15

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

 

Günün ilk görüşündə 31 xalla 2-ci pillədə qərarlaşan "Sabah" 10 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunun 7-də Murad Musayevin baş məşçqi olduğu komanda, 5-də "dənizçilər" qələbə qazanıb. 4 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də qonaqların xeyrinədir - 18:13.

 

“Sabah” son 4 görüşdə qol buraxmayıb. Son 7 matçda qol vuran tərəf qalib gəlib.

 

Turun son matçında isə "Qarabağ" "Azersun Arena"da "Kəpəz"i sınağa çəkəcək. Hazırda "köhlən atlar" 11 oyundan məksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. 8 xalı olan "sarı-göylər" isə 8-cidir.

 

Komandalar bunadək Premyer Liqada 50 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə Ağdam klubu 27, Gəncə təmsilçisi 14 dəfə qalib gəlib. 9 görüş heç-heçə yekunlaşıb. Topların fərqində də son Azərbaycan çempionu üstündür - 68:54.

 

“Qarabağ” ardıcıl 8 qələbə qazanıb. “Kəpəz” son 5 görüşdə qol vurmayıb.

 

Azərbaycan Premyer Liqası

XIII tur

 

6 noyabr (bazar)

 

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Orxan Məmmədov

“ASCO Arena".

 

19:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

Tofiq Bəhramov adına Respublika Stadionu.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?