Modern.az

Dünya Kuboku: Millimiz İranı sınağa çəkəcək

Dünya Kuboku: Millimiz İranı sınağa çəkəcək

Aktual

6 Noyabr 2022, 09:30

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.

 

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

 

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

 

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?