Modern.az

Mədəndə güclü partlayış: yaralılar var 

Mədəndə güclü partlayış: yaralılar var 

Aktual

6 Noyabr 2022, 09:43

Türkiyədə növbəti dəfə mədən partlayışı baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Zonquldaq əyalətinin Kilimli rayonunda qeydə alınıb.

 

Məlumata görə, daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

 

Partlayışın başvermə səbəbi hələlik məlum deyil.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!