Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
Modern.az-ın məlumatına görə, sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq.
100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq.
100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan Nəsibov və Toğrul Salmanov qüvvəsini sınayacaq.