Modern.az

Paşinyan Qaribaşviliyə zəng etdi - Soçi görüşündən danışdılar

Paşinyan Qaribaşviliyə zəng etdi - Soçi görüşündən danışdılar

Aktual

6 Noyabr 2022, 13:46

Ermənistanın Baş naziri Nikol Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

 

Bildirilib ki, tərəflər Gürcüstan-Ermənistan gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.

 

Nikol Paşinyan gürcüstanlı həmkarını oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə məlumatlandırıb.

 

Bundan əlavə, Qaribaşvili və Paşinyan regional əməkdaşlıq, eyni zamanda cari məsələlərə dair fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir