Modern.az

Ayın 8-nə kimi yağış yağacaq 

Ayın 8-nə kimi yağış yağacaq 

Aktual

6 Noyabr 2022, 14:46

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

 

Qar örtüyünün hündürlüyü Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1 sm olub.

 

Düşən yağıntının miqdarı Qrızda 22.0 mm (aylıq normanın 77%-i), Şabranda 16.0 mm (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 mm (aylıq normanın 32%-i), Qusarda 15.0 mm (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i) olub.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?