Modern.az

Cüdoçumuz finala yüksəldi

Cüdoçumuz finala yüksəldi

Aktual

6 Noyabr 2022, 15:48

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

 

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze ilə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano isə macarıstanlı Riçard Sipoçla güləşəcək.

 

Bu gün mübarizəyə qoşulan digər 9 idmançı medal şanslarını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?