Yevlaxda yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Gülövşə kəndində qeydə alınıb.
Məlumata görə, "VAZ-21011" markalı avtomobil digər maşınla toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.