Modern.az

“Gərgin dönəmdəyik, dözməliyik” - Qurban Qurbanov 

“Gərgin dönəmdəyik, dözməliyik” - Qurban Qurbanov 

Aktual

6 Noyabr 2022, 21:55

"Futbolçularda yorğunluq hiss olunur".

 

Modern.az xəbər verir k, bunu "Kəpəz"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

O, vacib qələbə qazandıqlarını bildirib: "Matç gərgin keçdi. Futbolçular sonadək ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, rəqibdən çəkinmirlər. Onlara uğurlar arzulayıram, futbolçularımı təbrik edirəm".

 

Qurban Qurbanov XIV turda "Sabah"la görüşə də toxunub: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Ən gərgin və vacib dönəmdəyik. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidirlər. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Çalışıb, düzgün qərar verməyə çalışacağıq".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?