Modern.az

Rusların olduğu bina vuruldu, 200 hərbçi öldü

Rusların olduğu bina vuruldu, 200 hərbçi öldü

Aktual

6 Noyabr 2022, 23:53

Ukrayna ordusu Xerson vilayətinin Kaxovka şəhərində rusiyalı hərbçilərin yerləşdiyi binaya zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Zərbələr nəticəsində 200 hərbçinin öldüyü bildirilir. 

 

"Düşmən zərbənin nəticələrini gizlədir, şəhərdə sərt inzibati və polis tədbirləri görülür", - Baş Qərargahdan bildirilib.

 

Bundan başqa, Radensk qəsəbəsi yaxınlığında Rusiyanın hərbi texnika karvanı da məhv edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!