Modern.az

Bakıda anadan olan məşhur yazıçı koronavirusdan öldü

Bakıda anadan olan məşhur yazıçı koronavirusdan öldü

Aktual

3 Dekabr 2022, 16:58

Bakıda anadan olmuş rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semenova məlumat yayıb.

 

“O, koronavirusdan müalicə olunduğu xəstəxanada vəfat edib. Bir həftə reanimiasiyada qalıb. Onun 90 illik yubileyinə cəmi bir ay qalmışdı”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində dünyaya göz açıb. O, “Taksi parkı”, “Univermaq”, “Arxiv” və “Qatar” kimi məşhur əsərlərin müəllifidir.

 

Məşhur yazıçı “Cənnətdə tənha” romanına görə Qoqol ədəbi mükafatına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!