Modern.az

Makron yenidən Putinlə danışacaq

Makron yenidən Putinlə danışacaq

Aktual

3 Dekabr 2022, 17:47

Fransa Prezidenti Emmanuel Makron Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Makron yerli mediaya müsahibəsində bildirib.



“Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə söhbətdən sonra mülki nüvə enerjisi mövzusunda prezident Putinlə yenidən danışmağı planlaşdırıram”, - Fransa lideri deyib.



O, həmçisinin qeyd edib: “Biz Ukraynaya kömək etməyə davam etməliyik, eskalasiyanın qarşısını almağa çalışmalıyıq".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?