Modern.az

Messinin komandası 1/4 finalda - YENİLƏNİB

Messinin komandası 1/4 finalda - YENİLƏNİB

Aktual

4 Dekabr 2022, 00:48

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

 

Modern.az xəbəuui, komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 

 

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq. 

 

***

00:28

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci qol vurulub. 

 

Modern.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi 57-ci dəqiqədə fərqi artırıb - 2:0. 

 

****

23:40

Argentina yığmasının heyətində Julian Alvares fərqlənib. 

 

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb. 

 

Modern.az xəbər verir ki, Lionel Messi 35-ci dəqiqədə Argentina yığmasını hesabda önə keçirib. 

 

***

23:01

 

Dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

***

21:52

Dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

 

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

 

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?