Modern.az

Daha bir mədən faciəsi - Ölənlər var

Daha bir mədən faciəsi - Ölənlər var

Aktual

4 Dekabr 2022, 12:45

Hindistanın Çatişqarh ştatında daha bir mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, hadisə Çatişqarh ştatının Bastar rayonunun Malqaon kəndində baş verib.

 

Axtarış-xilasetmə dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfərin cəsədi tapılıb. Xəsarət alan 4 nəfərdən biri xəstəxanada dünyasını dəyişib.

 

Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib. Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.

 

Qeyd edək ki, adıçəkilən bölgədə ötən gün baş verən mədən qəzasında 7 nəfər dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?