Modern.az

Keçəlləşmənin qarşısını alan dərman TAPILDI

Keçəlləşmənin qarşısını alan dərman TAPILDI

Aktual

5 Dekabr 2022, 08:24

Braziliyada ümumi alopesiyadan (keçəlləşmə) əziyyət çəkən 2 xəstəyə revmatoid artritin müalicəsində istifadə olunan "tofasitinib" adlı dərman kömək edib.

 

Braziliyanın Albert Eynşteyn adına xəstəxanasının tədqiqatçıları bu haqda məqalə dərc ediblər.

 

Ümumi alopesiya zamanı bədəndə olan bütün tüklər tədricən tökülür. Xəstəlik insanın sağlamlığı və həyatı üçün təhlükə yaratmasa da ciddi psixoloji problemlərə, depressiyaya səbəb olur.

 

Eksperiment zamanı xəstələr hər gün tofasitinib qəbul ediblər. İki aydan sonra tük örtüyü bərpa olunmağa başlayıb. Alimlərin müşahidələrinə görə, 9 ay ərzində xəstələrdə heç bir yanaşı təsirlər inkişaf etməyib.

 

Hazırda araşdırmalar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?