Modern.az

Sürücülərin nəzərinə - Yollar buz bağlayacaq

Sürücülərin nəzərinə - Yollar buz bağlayacaq

Aktual

5 Dekabr 2022, 12:18

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumaat görə, dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

 

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...