Modern.az

Ankarada Hüseyn Cavid və Ziya Gökalp anılıb

Ankarada Hüseyn Cavid və Ziya Gökalp anılıb

Aktual

5 Dekabr 2022, 12:22

Ankarada fəaliyyət göstərən Türk Dünyası Kültür Mərkəzində “Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin təşkilatçılığı ilə keçirələn növbəti tədbirdə türk dünyasının qüdrətli söz ustadları Hüseyn Cavid ve Ziya Gökalp  anılıb.

Modern.az xəbər verir ki, tədbirdə “Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin başkanı Arzuman Azaflı Hüseyn Cavidin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açaraq, böyük şairin Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş etdiyini bildirib. O, Hüseyn Cavidin müsibətli həyatından və ədəbi irsindən bəhs edərək, böyük ədibin tək Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən olduğunu qeyd edib.

Tədbirdə çıxış edən “Türk dili ədəbiyyatı dərnəyi” başkanının yardımçısı Mehmet Oymak isə Türkiyənin tanınmış siması, şair və siyastçi Ziya Gökalpın həyat və yaradıcılığından geniş məlumat verib.  

Millət vəkili Fahrettin Yokuş isə türkdilli xalqların ortaq tarixi-mədəni dəyərlərindən, türk dünyasının dünya mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.

Tədbirə qatılan Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik, böyük ədibin nəşinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsindən bəhs edən “Bizi geri qaytaracaqlar” kitabının müəllifi Hikmət Xudiyevin çıxışı da maraqla qarşılanıb. O, 40 il əvvəl ümummilli lider Heydər Əliyevin  təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi haqqında tarixi faktlarla məlumat verib.

Tədbirin sonunda “Azaflı Sosial Yardım və Kültür Dərnəyi”nin başkanı Arzuman Azaflı tərəfindən Əməkdar jurnalist Hikmət Xudiyev də “Xarı bülbül” ödülü ilə mükafatlandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?